Bazar , 15 Noyabr 2026
Drone Cameras

Naxçıvan televiziyası peyk yayımına başlayıb

Naxçıvan televiziyası “Azerspace-1” peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …