Cümə , 13 Mart 2026
Drone Cameras

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. “Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.

Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.

Check Also

“Çindəki müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir” – Çin diplomatından Bakı açıqlaması

2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Vu Honqbo XIII Qlobal Bakı …