Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycanın Keniyada səfirliyi açılıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

C.Bayramov həmçinin Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.

https://www.instagram.com/p/DKK21RBt5_M/?utm_source=ig_embed&ig_rid=588afb8a-cb10-48ad-93b2-689ef0d1acf5&ig_mid=2A38A001-C600-46EA-9B3A-9695B8C111BA

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …