Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib

İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-nin fəsadları ilə üzləşəcək.

Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. “Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu başqa cür etmək istəmirəm, amma bizim seçimimiz olmayacaq. Zənginləşdirmə olmayacaq”, – Tramp cavab verib.

Lakin o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.

Check Also

Ukrayna ABŞ-ın iki yüksək vəzifəli rəsmisinə qarşı xüsusi əməliyyat planlaşdırır

Boyukmillet.com xəbər verir ki, Qərb KİV-lərində yayılan məlumatlara əsasən Ukraynanın Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vitse-prezidenti …