Bazar , 7 Dekabr 2025
Drone Cameras

İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb

Ağ Evdə keçirilən qapalı iclas İrana zərbə endirmək qərarı verilmədən başa çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı görüşdə müzakirə edilən bir neçə variantdan biri olub, lakin ABŞ rəhbərliyi bundan sonrakı addımlar barədə qərar verə bilməyib.

Nəşr hesab edir ki, belə bir müzakirənin keçirilməsi gərginliyin dərəcəsinin artdığının göstəricidir. Çünki məlum olub ki, ABŞ İran probleminin güc yolu ilə həlli imkanlarını artıq nəzərdən keçirir.

Bundan əvvəl “ABC News” bildirib ki, ABŞ 24-48 saat ərzində İsrailin əməliyyatlarına qoşulmaqla bağlı qərar verə bilər.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …