Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Körfəz ölkələrində radiasiya fonunda dəyişikliklər aşkarlanmayıb

İran nüvə obyektlərinə ABŞ-nin zərbələrindən sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial şəbəkədəki bəyanatında deyilir.

“Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”, – tənzimləyici qurum bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

Check Also

İranda etirazlar qanlı məcraya keçib: Təhlükəsizlik qüvvələrinin 217 nəfəri öldürdüyü deyilir

İranda hökumət əleyhinə etiraz aksiyaları cümə axşamı gecəsi kəskin şəkildə genişləndikdən sonra hakimiyyət təhlükəsizlik qüvvələrinə …