Bazar , 8 Fevral 2026
Drone Cameras

ABŞ-də Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ Milli Meteoroloji Xidməti Nyu-Meksiko ştatında daşqın səbəbindən fövqəladə vəziyyət elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Qeyd olunur ki, Albukerkedəki çay sahillərini aşaraq şəhərdə daşqınlara səbəb olub.

Linkoln şəhərində ata və iki uşağı su axını aparıb.

Ruidoso şəhərində sürətli su axını binaları dağıtmağa başlayıb. Sosial şəbəkələrdə çaydan aşağı üzən evlərin görüntüləri yayılıb.

Xatırladaq ki, bundan əvvəl Nyu-Meksiko ilə qonşu olan Texas ştatında güclü daşqın qeydə alınıb.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …