Bazar , 15 Noyabr 2026
Drone Cameras

Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib

Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək.

Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər.

Daha əvvəl Rusiyanın Ukraynaya ümumilikdə 3 min hərbçinin meyitini təhvil verəcəyi bildirilmişdi.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …