Bazar , 15 Noyabr 2026
Drone Cameras

Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb

Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

“Görüşün gündəliyi bizə aydındır – məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, – o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı.

TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …