Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib

Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.

“Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib.

“Airbus A330-900″ təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb”, – bəyanatda bildirilib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …