Bazar , 7 Dekabr 2025
Drone Cameras

Deputatın “dadlı biznesi”: Yeni obyekt açıldı 


Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb. 

Boyukmillet.com “Editor.az”-a istinadən xəbər verir ki, deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.

Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür. Sezar pizza

Hazırda “Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, “Tarqovu”da yerləşir.

Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …