Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Krımda Rusiyanın 5 qırıcısı vurulub

Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda “Saki” hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.

“Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı təyyarəsi vurulub “, – bəyanatda bildirilib.

“Saki” aerodromu Qara dənizdə Rusiya aviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

Qiymətləndirmələrə görə, bir “Su-30SM” təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …