ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilə bilər, lakin indi belə bir təhlükə yoxdur.
Boyukmillet.com-un məlumatına görə, bunu Tramp Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli mərasimdə deyib.
“Dünya müharibəsi ola bilərdi. Mən də bunun qarşısını aldım”, – ABŞ lideri administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səylərə toxunaraq deyib.
“İndi yeganə sual bunu necə həll etməkdir. Bu, çox tezliklə baş verə bilər. Mən olmasaydım, dünya müharibəsi olardı”, – Tramp vurğulayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
