Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

İSBAM sədrindən Aidə Şirinovaya dəstək.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli 12 saylı seçki dairəsindən deputatlıqa namizəd Aidə Şirinova ilə bağlı seçicilərə çağırış edib.Boyukmillet.com müraciəti təqdim edir:

Aidə Şirinova,bu ad çoxlarına tanışdır. Birinci Qarabağ müharibəsində batalyon komandirinin müavini olmuş,uzun illər hüquq mühafizə orqanlarında ləyaqətlə xidmət keçmiş polis mayoru Aidə xanımdan söhbət gedir.Onun döyüş yolundan,dövlət və xalqa göstərdiyi xidmətdən çox danışmaq və yazmaq olar.Amma mən qısa olaraq,tanıdığım Aidə Şirinovanın kişi cəsarətli,mərd və aslan ürəkli bir Azərbaycan qadını kimi tərənnüm edərdim.Təpədən dırnaqa milli ruhlu,qorxmaz,dik duruşlu bir qadından söhbət gedir.Onun bir məhşur sözü var: “Gəlin Azərbaycan kişisinin papaqını dik tutaq”. Azərbaycan kişisi ilə çiyin-çiyinə müharibədə yol keçən Aidə Şirinova kimi Azərbaycan qadınları ilə ancaq qürur duya bilərik.12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olan Aidə Şirinovanın  Milli Məclisdə təmsil olunacaq ləyaqətli namizədlərdən biri hesab edirəm.Onun keçdiyi yol seçicilərinə vermiş olduğu sözün əsasıdır. 12 saylı seçki dairəsindən olan seçicilərə,yurddaşlarımıza müraciət edərək 9 fevral tarixində seçkilərdə fəal iştirak etməyə Aidə xanım Şirinovaya səs verməyə çağırıram.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …