Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək.

Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin məlumatlarının təhlükəsiz yerdə saxlanmasına dəstəyi dayandırır”, – o vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, yaranmış vəziyyət Rusiya qoşunları üçün “hədiyyə” olacaq. O, Prezident Navoritskini Ukraynaya qarşı münasibəti dəyişməyə çağırıb.

“Cənab Prezident – Siz siyasi mübarizə naminə hökumətə kor-koranə zərbələr vurmağı dayandırmalısınız. Siz öz müstəqilliyi uğrunda mübarizə aparan insanlara zərər verir və eyni zamanda Rusiyaya kömək edirsiniz”, – o yekunlaşdırıb.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …