Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuela Prezidenti Nikolas Maduroya təqdim edib.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, R.Rzayev qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti, öz növbəsində, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Bakıya səfərlərini məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə Azərbaycan dövlət başçısına təşəkkürünü bildirib. 

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …