Cümə , 5 Dekabr 2025
Drone Cameras

Moskva Alyaskadakı danışıqlarının təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir

Moskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada Ukrayna məsələsi ilə bağlı danışıqların təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Alyaskadakı danışıqlarda Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub. Lakin hesab edirik ki, hansısa təfərrüatı açıqlamaq məqsədəuyğun deyil, çünki nizamlanma maraqları baxımından indi diskret rejimdə işləmək vacibdir”, – D.Peskov jurnalistlərə bildirib.

O əlavə edib ki, Putin və Trampın görüşü vaxtında baş tutmuş məzmunlu və çox konstruktiv görüş olub.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …