Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ukrayna lideri: Trampın Rusiya üçün müəyyən etdiyi son tarix sentyabrın 1-i başa çatır

Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı “güclü addımlar” gözləyir.

Boyukmillet.com “RBK-Ukrayna”ya xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib.

“Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq… ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb”, – o qeyd edib.

V.Zelenski əlavə edib ki, sentyabrın 1-i ABŞ Prezidenti Donald Trampın Rusiya üçün ikitərəfli və ya üçtərəfli görüşə razılaşmaq qərarı üçün müəyyən etdiyi “iki-üç həftə” başa çatır.

“İki həftə artıq bazar ertəsi olacaq və biz bunu hamıya xatırladacağıq”, – o vurğulayıb.

V.Zelenskinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda başa çatacaq: “Müharibə hər halda bitəcək, Putin heç yerə qaça bilməyəcək”.

Check Also

İranda etirazlar qanlı məcraya keçib: Təhlükəsizlik qüvvələrinin 217 nəfəri öldürdüyü deyilir

İranda hökumət əleyhinə etiraz aksiyaları cümə axşamı gecəsi kəskin şəkildə genişləndikdən sonra hakimiyyət təhlükəsizlik qüvvələrinə …