Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ərdoğan: Rusiya və İran zaman keçdikcə narahatlıqlarının əsassız olduğunu anlayacaqlar

Rusiya və İran  zaman keçdikcə Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh təmin olunduqdan sonra bölgədə quru və dəmir yolları canlanacaq:

“Sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahələrə müsbət dinamika müşahidə ediləcək. Biz də bu vəziyyətdən müsbət təsirlənəcəyik. Yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bölgə ölkələri bu prosesdən fayda götürəcəklər”.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …