Bazar , 8 Fevral 2026
Drone Cameras

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Arzuedənlər koalisiyası” ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib.

Boyukmillet.com Britaniya hökumətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer sentyabrın 4-də koalisiyanın Parisdə keçirilən iclasında bildirib. 

O, iclasa videokonfrans formatında qatılıb.

“Arzuedənlər koalisiyası”nın son hərbi planlarının müzakirəsi zamanı baş nazir qeyd edib ki, qrup ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ukraynaya sarsılmaz dəstək öhdəliyi götürüb və indi Putinə (Rusiya Prezidenti Vladimir Putinə – red.) təzyiq göstərmək və döyüş əməliyyatlarının dayandırılmasını təmin etmək üçün daha qətiyyətli addımlar atmaq lazımdır”, – hökumətin məlumatında qeyd olunub.

Bundan başqa, K.Starmer koalisiya tərəfdaşlarının Ukraynaya uzaqmənzilli raket tədarükü ilə bağlı bəyanatlarını da alqışlayıb.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …