Bazar , 15 Noyabr 2026
Drone Cameras

İsrailin Belçikadakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb

Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyinin qarşısında əlində “Molotov kokteyli” olan şübhəlini saxlayıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, səfirliyin heç bir əməkdaşı xəsarət almayıb, onların hamısının təhlükəsizliyi təmin olunub.

İsrail mediasının məlumatına görə, İsrailin təhlükəsizlik xidməti əməkdaşları artıq şübhəlinin şəxsiyyətini müəyyən ediblər.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …