Bazar , 15 Noyabr 2026
Drone Cameras

Zelenski müharibəni dayandırmaq üçün Moskvaya təzyiq etməyə Çini inandırmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün Çini Rusiyaya təsir göstərməyə inandırmağın yollarını axtarmağa çağırıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkə lideri Kiyevdə keçirilən birinci xanımlar və cənabların beşinci sammitində bildirib.

Onun fikrincə, Moskva artıq xammal tədarükçüsü və iqtisadi tərəfdaş kimi Pekinlə sıx bağlıdır, Çin isə mühüm təsir rıçaqlarına malik olan ölkədir.

Ukrayna lideri əlavə edib ki, bu çağırışlara cavab ABŞ və Qərb müttəfiqlərinin gücü və birliyindən, həmçinin sanksiyaları saxlamaq, Rusiya aktivlərini müsadirə etmək və Moskvanın beynəlxalq təcridini artırmaq əzmindən asılıdır.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …