Bazar , 8 Fevral 2026
Drone Cameras

Zelenski Rusiyanı Trampın sülh çağırışlarına reaksiya verməməkdə ittiham edib

Rusiya ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına reaksiya vermir.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

“Biz Prezident Trampın qətllərə son qoyulması ilə bağlı mövqeyini eşidirik və diplomatiyanı blokdan çıxarmaq üçün bütün təkliflərə razılıq vermişik. Lakin görünür, Rusiyada bu mövqeni eşitmirlər”, – o bildirib və Rusiyanın PUA hücumlarının davam etməsinin buna sübut olduğunu qeyd edib.

V.Zelenskinin sözlərinə görə, dünən axşamdan Ukrayna ərazisinə təxminən 90 zərbə dronu atılıb, nəticədə Kiyevdə ictimai nəqliyyat infrastrukturu zədələnib.

O vurğulayıb ki, Rusiyanın da diplomatiyaya razılıq verməsi üçün qətiyyətli addımlar atılmalıdır.

Qeyd edək ki, dünən Tramp bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin həlli məsələsində “onu məyus edib”.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …