Cümə , 5 Dekabr 2025
Drone Cameras

Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin bugünkü iclasında belə təkliflə çıxış edib.

O qeyd edib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb:

“Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaraq ya sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq?”

Deputat həmçinin təklif edib ki, erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülməlidir.

Komitə sədri Hicran Hüseynova isə deputata cavabında vurğulayıb ki, bəhs olunan sahədə problemlər mövcuddur:

“Erkən nikah problemini müzakirə edib, qanunları sərtləşdirmək haqda düşünə bilərik”.

Check Also

Deputat: Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur

Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir.  Boyukmillet.com xəbər verir ki, …