Cümə , 30 Yanvar 2026
Drone Cameras

HƏMAS İsrail qoşunlarının Qəzzadan çıxarılmasını tələb edir

HƏMAS-a yaxın mənbələr Qahirədə aparılan danışıqlar zamanı hərəkatın İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılmasına israr etdiyini bildiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata əsasən, HƏMAS təklif edib ki, proses qarşılıqlı şəkildə həyata keçirilsin — yəni, hər bir mərhələdə İsrail ordusunun geri çəkilməsi ilə paralel olaraq əsirlərin mərhələli azad olunması baş tutsun.

Beləliklə, HƏMAS açıq şəkildə bəyan edib ki, əsirlərin azadlığı yalnız İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması halında mümkün ola bilər.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …