Cümə , 5 Dekabr 2025
Drone Cameras

İsraildə saxlanılan azərbaycanlılar azad edilib – FOTO

İsrailin saxladığı “Global Sumud” humanitar flotiliyasının azərbaycanlı üzvləri — Pərvin Əzimov və Orxan Səmədzadə azad edilərək Türkiyəyə qaytarılıblar.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir:

“İsraildəki səfirliyimizin gördüyü tədbirlər nəticəsində Pərvin Əzimov və Orxan Səmədzadə azad olunması və öz arzuları ilə Türkiyəyə qaytarılması təmin edilib”.

Məlumata görə, hər iki şəxs “Global Sumud” adlı humanitar missiya çərçivəsində Qəzza zolağına yardım aparan gəmilərin heyət üzvü kimi fəaliyyət göstərib. İsrail tərəfi həmin gəmiləri saxlayaraq ekipaj üzvlərini müvəqqəti həbsə almışdı.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə isə qeyd edib ki, səfirliyimizin operativ müdaxiləsi nəticəsində vətəndaşlarımızın azad olunması təmin edilib və hazırda onların sağlamlıq vəziyyəti normaldır.

Bununla Azərbaycan diplomatiyası növbəti dəfə öz vətəndaşlarının müdafiəsi istiqamətində uğurlu addım atmış olub.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …