Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ramil Usubovun oğlunun yerinə təyinat oldu

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Boyukmillet.com xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis polkovniki Raul Usubov işdən azad olunaraq Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …