Cümə , 30 Yanvar 2026
Drone Cameras

Ətin qiyməti niyə ucuzlaşır? – SƏBƏB

Son günlər iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi istər ətin, istərsə də ağartı məhsulların qiymətinə təsirsiz ötüşməyib. Xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması, qiymətlərin ucuzlaşmasına səbəb olur.

Bölgələrdə satıcıların sözlərinə görə, ətin qiymətində 2 manata qədər ucuzlaşma var:

“Əvvəl 17 manata satılan ət indi 14-15 manata veririk. Bəzən ət qalıb xarab olmasın deyə daha ucuz da verə bilirik”.

Maraqlısı odur ki, bölgələrdə ət ucuzlaşsa da, paytaxt bazarlarında qiymət dəyişikliyi yoxdur.

Qəssablar ətin ucuzlaşmasını gözləmirlər:

“Alıcı sayı zəifdir, insanlar yəqin ki xəstəlikdən qorxurlar. Amma ucuzlaşma yoxdur”.

Mövzu ilə bağlı AQTA-dan bildirildi ki, daxil olan şikayətlərə görə, mütəmadi yoxlamalar həyata keçirilir.

Check Also

“Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməyə çalışmamalıdır”

Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır. Boyukmillet.com “Report”a istinadla xəbər verir …