Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İpoteka almaq istəyənlərə ŞAD XƏBƏR: 100 milyon manat ayırıldı

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.

“Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq”, – deyə büdcə zərfində qeyd olunub.

Check Also

MKA: “TikTok”da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “TikTok” platformasında ödəniş sistemlərini təqlid …