Bazar , 22 Noyabr 2026
Drone Cameras

180 min dollarlıq avtomobili OĞURLANDI

Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O’Nilın avtomobilini oğurlayıblar.

“Page Six” xəbər verir ki, “Range Rover” markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb.

Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir.//Oxu.az

Check Also

Azərbaycan və NATO logistik imkanlardan birgə istifadə mexanizmlərini müzakirə edib

Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə …