Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sudan öz ərazilərinin bərpasında Azərbaycanın təcrübəsindən istifadə edəcək

Sudan hökuməti ölkənin hazırda müharibə gedən ərazilərinin bərpası üçün gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi təcrübədən istifadə edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq:

“Ötən il Qarabağda görülən işlərlə tanış olduq və Xocalını da ziyarət etdik. Azad edilmiş ərazilərdə quruculuq işləri görülür. Həmin bərpa proqramı bizim üçün də önəmlidir”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …