Cümə , 5 Dekabr 2025
Drone Cameras

Balakənin sabiq icra başçısı mənimsəmə və rüşvət alma ittihamı ilə həbs edilib

Balakənin sabiq icra başçısı İslam Rzayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar oktyabrın 31-də Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda verilib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İslam Rzayev və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Oktyabrın 30-da Prezident İlham Əliyev sərəncam imzalayaraq İslam Rzayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Sərəncamda vəzifədən azadetmənin səbəbi göstərilməyib.

İslam Rzayev 14 ildir Balakən rayonuna rəhbərlik edirdi.

Azərbaycanda icra başçılarının həbsi ilə bağlı əməliyyatlar 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX-nın keçirdiyi əməliyyatlarla başlayan proses sonrakı illərdə Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında da davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya ittihamları ilə məsuliyyətə cəlb olunublar.

Check Also

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq …