Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Diyarbakır-Batman arasında keçirilən “Kapan-6 Zori” adlı əməliyyata 1440 jandarma, polis və asayiş keçikçisi iştirak edir.
Anti-terror əməliyyatının məqsədi Zori sığınacaq sahəsində gizlənən terrorçuları zərərsizləşdirməkdir.
“Ölkə daxilində terrorun tamamilə aradan qaldırılmasına yönəlmiş “Kapan” əməliyyatı vətəndaşların da dəstəyi ilə ardıcıl şəkildə uğurla davam edir”, -deyə məlumatda bildirilir.