Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xəzərin sahilləri qırmızı rəngə boyandı

Xəzər dənizinin Qazaxıstan sahilləri qırmızı rəngə boyanıb, dalğaların bəyaz köpüyü qırmızı ilə əvəz olunub.

Boyukmillet.com xəbər verir ki, alimlər narahatlığa əsas görmürlər.

Belə ki, dənizdə bitən diatom yosunları soyuq havada çiçəklənir və qırmızı rəngə çalır. Təbiət hadisəsi dəniz canlıları və insanlar üçün hər hansı təhlükə yaratmır.

Mütəxəssislər bildirirlər ki, sonuncu dəfə bu hal 2017 və 2018-ci ildə qeydə alınıb.

Qeyd edək ki, Xəzər dənizində 292 növ diatom yosunu mövcuddur.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …