Cümə , 5 Dekabr 2025
Drone Cameras

8 ölkə ukraynaya ABŞ silahı üçün 500 milyon dollar ayırdı

Şimali Avropa və Baltik regionu ölkələri- Finlandiya, Danimarka, Estoniya, İslandiya, Latviya, Litva, Norveç və İsveç  Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün 500 milyon dollar həcmində vəsait ayıracaq.

Boyukmillet.com xəbər verir ki, birgə bəyanata əsasən, bu vəsait NATO-nun Ukrayna üçün müəyyən etdiyi prioritet siyahıya uyğun olaraq ABŞ istehsalı hərbi texnika və sursatların alınmasına yönəldiləcək.

Qeyd edilir ki, ABŞ silahlarının birgə satınalma mexanizmi 2025-ci ilin iyulunda ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rütte tərəfindən işə salınmışdı.

Yeni paket Ukraynanın hava hücumundan müdafiə, artilleriya və döyüş sursatları üzrə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …