Bazar , 29 Noyabr 2026
Drone Cameras

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın neft emalı zavodunun vurulduğunu təsdiqləyib

Ukraynanın müdafiə qüvvələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub.

Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.

“Düşmənin raket-bomba zərbələri endirmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub”, – Baş Qərargahın məlumatında deyilir.

Obyektin ərazisində çoxsaylı partlayışlar və güclü yanğın qeydə alınıb.

Check Also

HƏBSXANADA HACI VƏLİYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR!

Qazi İbrahim Cabarovun müraciəti:Hacı Vəliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı məlumatlar …