Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilir – Adlarına külli miqdarda vergi borcu yazılıb

Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə onların külli miqdarda vergi borcu yaranıb.

Boyukmillet.com Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var. O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub.

Zərərçəkmiş Nicat Hüseynov isə deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb. Röyal Əzimov isə bildirib ki, onun adına 3 şirkət açılıb, nəticədə 16 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.

Qeyd edək ki, məsələ hazırda məhkəmə müstəvisindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …