Cümə , 30 Yanvar 2026
Drone Cameras

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Boyukmillet.com xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.

Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir.

Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi.

Check Also

“Bu limanları vurmaqla İran iflic olacaq, 8-10 milyon qaçqın isə…” – Tofiq Zülfüqarovdan SENSASİON proqnozlar

“Üç sual, üç cavab” layihəsinin suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Diplomatla …