Cümə , 5 Dekabr 2025
Drone Cameras

Qlobal Jurnalistika Konfransında Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək göstərildi

Malayziyanın Paytaxtı Kuala Lumpur şəhərində Qlobal Araşdırmaçı Jurnalistika Konfransı (The Global Investigative Journalism Conference) keçirilib.

Konfransda Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) dünya üzrə müxtəlif ölkələrdə həbsdə olan jurnalistlərin adlarının nümayiş edildiyi stend təşki edib.

“Jurnalistika cinayət deyil” şüarı ilə təqdim olunan stenddə 25 nəfər azərbaycanlı məhbus jurnalistlərin adları da qeyd edilib.

Foto: Meydan TV

Qlobal Araşdırma Jurnalistikası Konfransı (GIJC) araşdırmaçı jurnalistlər arasında ən böyük beynəlxalq toplantı hesab olunur.

Konfransın təşkilini həyata keçirən Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi (GIJN) beynəlxalq səviyyədə araşdırma jurnalistikasının əsas dayaqlarından biridir. Bu şəbəkəyə 91 ölkədən 250 media orqanı üzvdür.

2 ildən bir keçirilən konfrans ilk dəfə 2001-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunub.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …