Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib-Video

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.

Boyukmillet.com xəbər verir ki, Bakıda “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.

Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …