Çərşənbə , 18 Mart 2026
Drone Cameras

KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı-BƏYANAT

Bişkekdə keçirilən sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında tezliklə şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bəyan edib.

Boyukmillet.com xəbər verir ki, təşkilatın qəbul etdiyi yekun Bəyanatda deyilir:

“Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanma və tezliklə şərtsiz sülh müqaviləsinin bağlanması tərəfdarıyıq”.

KTMT rəhbərliyi regionda davamlı sabitlik və uzunmüddətli əməkdaşlıq üçün Bakı–İrəvan danışıqlarının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Check Also

ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir

ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı …