ABŞ dövlət katibi Marko Rubio dekabrın 3-də keçiriləcək NATO xarici işlər nazirlərinin iclasını buraxacaq.
Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, dövlət katibinin Brüsseldə keçiriləcək iclasda iştirak etməməsi Qərb diplomatları arasında müzakirə mövzusuna çevrilib. “Röyters” agentliyinin məlumatına görə, belə bir vəziyyət olduqca nadir hesab olunur və ABŞ-nin Avropa təhlükəsizlik məsələlərində iştirakının dərəcəsi ilə bağlı suallar doğurur.
ABŞ-ni tədbirdə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək. NATO xarici işlər nazirləri adətən ildə iki dəfə görüşürlər və ABŞ dövlət katibinin bu cür görüşlərdə iştirakı standart təcrübə hesab olunur.
Rubionun iştirak etməməsinin səbəbləri hələlik aydınlaşdırılmayıb. “Röyters” agentliyinin məlumatına görə, onun mümkün iştirak etməməsi ABŞ və Ukrayna rəsmiləri arasında prezident Donald Trampın Ukraynadakı döyüşlərə son qoymaq təklifi ilə bağlı aktiv məsləhətləşmələrlə üst-üstə düşür. Lakin bəzi Avropa diplomatları bu danışıqlara daxil edilməmələrindən narahatlıqlarını bildiriblər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
