Cümə , 9 Yanvar 2026
Drone Cameras

Zelenski üçün həyacan təbili: ABŞ-dan sərt TƏZYİQ DALĞASI BAŞLAYIR

ABŞ-ın Ukrayna Prezidenti üzərində siyasi təzyiqi kəskinləşdirdiyi bildirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” ciddi iddialarla çıxış edib.

Nəşrin yazdığına görə, yaxın günlərdə Volodimir Zelenski Vaşinqtondan yeni təzyiq dalğası ilə üzləşəcək. Məqsəd Ukrayna müharibəsinin dayandırılması üçün razılaşmaya nail olmaqdır. Məqalədə bildirilir ki, ABŞ administrasiyası Zelenskidən Ukraynadakı münaqişənin həllinə yönəlik sazişə razılıq verməsini tələb edəcək.

Eyni zamanda vurğulanır ki, Zelenski “prezidentliyi dövrünün ən təhlükəli mərhələlərindən birini” yaşayır. Səbəb kimi onun yaxın ətrafını sarsıdan korrupsiya qalmaqalı, müxalif liderlərin hökumətin tam yenilənməsi tələbi və Moskvanın hərbi əməliyyatları davam etdirməsi göstərilir. Bu fonda Rusiyanın hərbi fəaliyyətini dayandırmaması Kiyevin mövqeyini daha da çətinləşdirir.

Nəşr əlavə edir ki, ABŞ-ın məqsədi müharibəni dayandıracaq siyasi razılaşmanın başlanması üçün rəsmi Kiyevi kompromisə məcbur etməkdir. Müşahidəçilərin fikrincə, bu təzyiqlər yaxın həftələrdə Ukrayna daxilində siyasi balansı ciddi şəkildə dəyişə bilər.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …