Cümə , 30 Yanvar 2026
Drone Cameras

Polşalıların 40%-dən çoxu Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyir

16 noyabrda Varşava-Lyublin dəmiryolunun bombalanmasından sonra Polşa vətəndaşlarının 40%-dən çoxu Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyir.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, sorğu müəlliflərinin fikrincə, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyənlərin əksəriyyəti ibtidai təhsilə malikdir və kiçik şəhərlərdə yaşayır.

“SW Research” tədqiqat mərkəzinin “Rzeczpospolita” qəzeti üçün apardığı sorğuya görə, respondentlərin 42,6%-i bu mövqeyi dəstəkləyir. Respondentlərin 28,5%-i Rusiya ilə diplomatik münasibətlərin saxlanılmasını dəstəkləyib, 28,9%-i isə bu məsələ ilə bağlı heç bir fikri olmadığını etiraf edib.

Sorğu 25-26 noyabr tarixlərində Polşanın hər yerində 18 yaşdan yuxarı 800 vətəndaşın iştirakı ilə keçirilib.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …