Gürcüstanın paytaxtı Tbilisidə fasiləsiz etirazların bir illiyi genişmiqyaslı mitinqlə qeyd edilib.
Aksiyada çıxış edən QHT-lər birgə bəyanat yayaraq, hökumətin son bir ildə repressiyaları gücləndirdiyini bildiriblər. Bəyanata görə, bu müddətdə 160-a yaxın cinayət işi açılıb, təxminən 300 etirazçı işgəncə və pis rəftara məruz qalıb, 600-dən çox şəxs saxlanılıb, 1000-dən çox insan siyasi motivlərlə cərimələnib.
Bundan əlavə, jurnalistlərə qarşı 400-ə yaxın təzyiq faktı qeydə alınıb və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul edilib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
