Cümə , 5 Dekabr 2025
Drone Cameras

ABŞ Dövlət Departamenti Ər-Riyad üçün pilot təliminə və helikopter xidmətlərinə icazə verib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı üçün pilotların hazırlanması, helikopterlərə xidmət və digər maddi-texniki dəstək üzrə 1 milyard dollar məbləğində xidmətlərin göstərilməsinə icazə verib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına məsul olan Təhlükəsizlik sahəsi üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Açıqlamaya görə, ABŞ Dövlət Departamenti krallıq üçün helikopter pilotlarının təlimi və əlaqəli avadanlıqlara 500 milyon dolların ayrılmasını təsdiqləyib. Söhbət “AH-64E Apache”, “CH-47F Chinook”, “UH-72A Lakota”, “UH-60L Black Hawk” və “UH-60M Black Hawk” helikopterlərindən gedir. ABŞ həmçinin müxtəlif helikopter növləri üçün təxminən 500 milyon dollarlıq texniki xidmətin göstərilməsini təsdiqləyib.

Bundan əlavə, Dövlət Departamenti Bəhreynə də F-16 təyyarələri üçün 445 milyon dollarlıq texniki xidmət və avadanlıqların təchizatına icazə verib.

Vaşinqton administrasiyası artıq qərarlar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın potensial müqavilələri nəzərdən keçirmək və onları bloklamaq üçün 30 günü var. Pentaqon bu xidmətlərin göstərilməsinin ABŞ-nin döyüş hazırlığına zərər verməyəcəyinə zəmanət verib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …