Cümə , 5 Dekabr 2025
Drone Cameras

ABŞ Sakit okeanda daha bir qayığı vurdu

Dekabrın 4-də ABŞ qüvvələri Sakit Okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı açıqlayıb: “Kəşfiyyat gəminin narkotik daşıdığını və Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib. Gəmidə dörd narkoterrorçu olub və onlar öldürülüb”.

3 dekabrda ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizənin bir hissəsi olaraq tezliklə quru hədəflərinə zərbələr endirməyə başlayacağını açıqlayıb. ABŞ Venesuelanı narkotik qaçaqmalçılığı ilə mübarizədə proaktiv olmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi gəmilərdən ibarət zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbi qulluqçu göndərib.

Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 qayıq batırıb və nəticədə 80-dən çox insan həlak olub.

Check Also

Pentaqon Kanadaya böyük partiya silah satışını təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qərarı Pentaqonun …