Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

TÜRKİYƏDƏN ƏSƏDƏ SƏRT XƏBƏRDARLIQ: “Daha ağır cavab veriləcək” – Orduya göstəriş verildi

“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə, Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib.

Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib.

H. Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək.

Xatırladaq ki, dünən Türk ordusu Əsəd ordusuna ağır zərbələr endirib. Nəticədə Əsəd ordusunun 51 əsgəri öldürülüb, 2 tankı, 1 silah anbarı məhv  edilib. 1 tank isə ələ keçirilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …