Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Cari ilin 11 ayında ümumi daxili məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisdəki çıxışı zamanı Baş nazir Əli Əsədov bildirib.

Hökumət başçısı qeyd edib ki, iqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir:

“Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə – 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.

Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur. Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir.

Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin, islahatların təzahürüdür”.

Check Also

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? – RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. Bu barədə sosial şəbəkələrdə …