ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
“Bu qanun Müharibə Departamentinə mənim “Güclə Sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Prezident bəyanatında bildirib.
Təxminən 3 min səhifəlik qanun layihəsinə hərbi qulluqçuların maaşının dörd faiz artırılması, Pentaqonun sürətləndirilmiş silah tədarükü, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin qurulması və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə tədbirlər daxildir. Bundan başqa ABŞ 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollar dəstək verəcək.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
